"Paşinyanın bəyanatlarının arxasında qorxu hissi dayanır" - Politoloq
10 Sentyabr 2018 15:50 Siyasət"Son zamanlar Rusiya - Ermənistan münasibətlərinin korlanması fonunda Azərbaycanın qəti addımlarla Qarabağ mövzusunda möhkəmlənməsi ona gətirib çıxarıb ki, Yerevan Dağlıq Qarabağın Ermənistana mümkün qatılması barədə bəyanat verir".
Bu fikirləri Olaylar.az-a politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, Ermənistanın əvvəlki hakimiyyətinin ətraf rayonlarla bağlı Moskvaya verdiyi söz indi Paşinyan tərəfindən inkar edilir:
"Bu danışıqlara zərbə vurmaq deməkdir. Digər tərəfdən 1 sentyabrda keçirilən görüşdən qorxuya düşən Paşinyan tələsərək Moskvaya gələrək Rusiyanin hərbi əməliyyatlara göz yummayacağına əmin olmaq istəyirdi. Onun "Biz Azərbaycandan gələn hücuma qətiyyətlə cavab verəcəyik" deməsi əslində Moskvaya bir mesaj idi. Paşinyan demək istəyirdi ki, əgər cəbhədə vəziyyət gərginləşərsə biz də sakit dayanmayacağıq. Bütün bu bəyanatların arxasında qorxu hissi dayanır".
Politoloq qeyd edib ki, Paşinyan üçün indiki vaxtda daha prioritet məsələlər var: "Onun himayadarları ondan daxili siyasətdə düzəlişlər etməyi və seçkilərdə qalib gəlməyi gözləyirlər".