Azərbaycanın reallaşdırdığı xarici siyasət kursu effektiv model olaraq qəbul edilir

Son 2 ayda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə ölkənin rəsmilərini qəbul edib, eyni zamanda, bir neçə xarici dövlətə rəsmi səfərlər edib.

Son 2 ayda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə ölkənin rəsmilərini qəbul edib, eyni zamanda, bir neçə xarici dövlətə rəsmi səfərlər edib.

"OLAYLAR" xəbər verir ki, Azərbaycan xarici siyasətinin uğurlarını şərh edən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev rəsmi Bakının reallaşdırdığı xarici siyasət kursunun effektiv model olaraq qəbul olduğunu deyib: "Təkcə son 2 aya baxsaq xarici siyasətimizin necə çoxbucaqlı olduğunu görəcəyik. Almaniya kansleri Angela Merkelin, Yaponiyanın xarici işlər nazirinin, Gürcüstan, Türkiyə baş nazirlərinin və digər strateji siyasətçilərin Bakı səfəri ölkəmizə verilən yüksək önəmdən xəbər verir. Bundan başqa İlham Əliyev Rusiyaya, Qırğızıstana və Xorvatiyaya rəsmi səfər etdi. Hər səfər öz-özlüyündə ölkəmiz üçün uğurlu və düşərli oldu. Bu çox mühüm məqamdır. Bu hələ bizim son 2 ayda həyata keçirdiyimiz xarici siyasətdir. Ulu Öndər tərəfindən əsası qoyulan və İlham Əliyev tərəfindən davam etdirilən bu kurs dünyada bir model olaraq qəbul olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31