Rusiya Dövlət Dumasının vitse-spikeri Azərbaycana gələcək

Rusiya Dövlət Dumasının vitse-spikeri Sergey Neverov sentyabrın 20-də Azərbaycana səfərə gələcək.

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.

"Vitse-spiker Neverov ilə birlikdə sentyabrın 20-də Azərbaycana səfər etmək niyyətindəyik", - L.Kalaşnikov deyib.

Səfər zamanı tərəflərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəyi planlaşdırılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31