Paşinyanın qeyri-müəyyən siyasəti Ermənistan ordusunun növbəti dəfə aprel sindiromu yaşamasını yaxınlaşdıra bilər
“Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Putinlə görüşdən sonra "Qarabağı Ermənistanın tərkibi kimi hiss edirəm" tipli açlqlaması, həmçinin cəbhə xəttində Azərbaycanın hərbi hərəkətliliyinə adekvat cavabın sərt veriləcəyini qeyd etməsi, münaqişənin həllində növbəti danışıqları fiaskoya uğradır”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
10 Sentyabr 2018 12:56 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Putinlə görüşdən sonra "Qarabağı Ermənistanın tərkibi kimi hiss edirəm" tipli açlqlaması, həmçinin cəbhə xəttində Azərbaycanın hərbi hərəkətliliyinə adekvat cavabın sərt veriləcəyini qeyd etməsi, münaqişənin həllində növbəti danışıqları fiaskoya uğradır".
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
O, bildirib ki, Paşinyanın qeyri-müəyyən siyasəti və açıqlamaları Ermənistan ordusunun növbəti dəfə ordumuz tərəfindən aprel sindiromu yaşamasını yaxınlaşdıra bilər: "Qeyd edim ki, erməni baş nazirin Qarabağ bəyanatı Putinlə görüşdə konfiliktin müzakirə olunmamasından irəli gəlib. Məhz bundan ruhlanan Paşinyan belə bir bəyanat verməklə, bir növ Bakıya mesaj verir ki, Moskva problemin həllində maraqlı deyil. Qeyd edim ki, Putin, Paşinyanı Kremlə ona görə çağırmışdı ki, ondan apardığı siyasət barədə izahat tələb etsin və şərtlərini onun qarşısına qoysun.
Bu görüşdə Qarabağ münaqişəsi danışıqların əsas predmeti olmayıb. Ümumuyyətlə, erməni baş nazir Putinlə görüşdə Qarabağ konfliktini müzakirə etməkdə maraqlı deyildi. Çünki, Qarabağ münaqişəsi Putinin əlində Paşinyana əsas təzyiq rıçaqıdır. Göründüyü kimi, Putin-Paşinyan görüşü, əsasən Ermənistan daxilində cərəyan edən hadisələrə, həmçinin ikitərəfli əlaqələrə həsr edilib. May ayından bəri forpost Ermənistan Kremlin nəzarətindən çıxmağa çalışır". Politoloq deyib ki, Paşinyanın Putinə Ermənistanın daxili işlərinə qarşımamaq kimi mesaj verməsi, öz daxili imicini qorumaqdan ibarətdir: "Moskva Paşinyandan bu görüşdə Qarabağ klanına və dostu Robert Koçaryana toxunmamağı, Rusiya hərbi bazaları məsələsində kampaniyaya son qoymağı, Ermənistan hərbiçilərinin Suriyaya göndərilməsini tələb edib. Paşinyanın Putinin bu tələblərini yerinə yetirəcəyi, bir müddətdən sonra isə yenidən anti-Rusiya siyasətini davam etdirəcəyi gözlənilir. Nikol Paşinyan gələn il parlament seçkilərinə kimi Putinlə uzlaşmağa məcburdu. Növbədən kənar parlament seçkilərində qələbə əldə etdikdən sonra, Rusiyaya qarşı sərt xətti davam etdirəcəyini istisna etmirəm. Məhz Paşinyan ona görə hakmiyyətə gəlməyib ki, ölkəsində Rusiyanın maraqlarını təmin etsin. Amerika səfirini dirijor çubuğu ilə idarə edən baş nazir ölkəsində anti-Rusiya siyasəti aparmaqla, bütövlükdə Moskvanın Cənubi Qafqazda mövqelərinə zərbə vurmaq üçün çalışır.
Rusiyanın Ermənistandan çəkilməsi, bu ölkədə qanlı hadisələrin yaşanmasına gətirə bilər. Rusiya Ermənistandan əlini üzərsə, Qarabağ konfliktinin həllində neytral qalacaq. Təbii ki, bu da Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verir".