Paşinyanın cavabı verilməlidir

Orduya əmr verib Qarabağı geri almaqla Ermənistan yenə də köhnə ənənəsinə sadiqliyini nümayiş etdirir. Belə ki, işğalçı ölkə danışıqlar prosesinə zərbə vurmaq, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə əngəl yaratmaq üçün bütün mümkün variantlardan istifadə edir. Elə işğalçı ölkənin baş naziri Nikol Paşinyanın son bir neçə gün ərzində Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamalar da deyilənləri təsdiqləyir.

Orduya əmr verib Qarabağı geri almaqla

Ermənistan yenə də köhnə ənənəsinə sadiqliyini nümayiş etdirir. Belə ki, işğalçı ölkə danışıqlar prosesinə zərbə vurmaq, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə əngəl yaratmaq üçün bütün mümkün variantlardan istifadə edir. Elə işğalçı ölkənin baş naziri Nikol Paşinyanın son bir neçə gün ərzində Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamalar da deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına səfər etməzdən əvvəl verdiyi açıqlamada Azərbaycanın ünvanına təhdidlər səsləndirib və onun sözlərindən belə çıxıb ki, işğal altında saxladıqları Azərbaycan əraziləri heç bir halda geri qaytarılmayacaq. Ardınca Rusiyada Kreml rəhbəri Vladimir Putinlə keçirilən görüşdən sonra Rusiyadakı erməni iş adamları ilə görüşən baş nazir Qarabağın Ermənistana birləşdirilməsinin mümkünlüklərindən danışıb və bunun üzərində işlədiklərini söyləyib.

Ermənistanın inqilabçı baş nazirinin məlum açıqlamaları Azərbaycan tərəfində haqlı olaraq ciddi etirazla qarşılanıb və Paşinyanın son açıqlamaları Azərbaycanın xarici siyasət idarəsi tərəfindən sülh prosesinə əngəl kimi qiymətləndirilib. Xarici İşlər Nazirliyin8in sözçüsü Hikmət Hacıyev Paşinyanın məlum açıqlamaları ilə bağlı qeyd edib ki, Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir. Onun sözlərinə görə, Ermənistan bununla baş nazir səviyyəsində əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirib: "Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir. Yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq. Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür".

Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmisinin Paşinyana cavabı vaxtında verilsə də, lakin rəsmi Bakının bu məsələdə daha qətiyyətli və sərt mövqe ortaya qoyması daha məqsəduyğun hesab edilir. Hər halda ekspertlər belə hesab edirlər.  Müstəqil ekspert Rövşən Məmmədli deyib ki,  Nikol Paşinyanın Moskvada Dağlıq Qarabağ problemi ilə bağlı açıqlamasına Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevin münasibəti ənənəvi hədəfdən yayınmaq, gəlişigözəl sözlərlə Azərbaycan xalqını aldatmaq, yuxuya verməkdən başqa bir şey diyildir. Ekspertin sözlərinə görə, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etsəydi,25 il öncə ölkəmizə təcavüz edib 20 faiz torpağımızı işğal etməzdi: "BMT Təhlükəsizlik Şurasısı isə gərək öncə özü öz qətnamələrinə "hörmət" edə ki, sonra da Ermənistanı onlara əməl etdirə bilə". Rövşən Məmmədli onu da deyib ki, ATƏT-in Minsk qrupu BMT-nin tapşırığı ilə üzərinə qoyulan missiyaya əməl etməmək, ermənipərəst mövqe sərgiləməklə, faktiki işğal altında olan torpaqlarımızı ermənilərə vermək üçün saxta əsaslar hazırlamaqla bizə zərbə vurur: "Ancaq deyirik ki, Paşinyanın fikri "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir". Arxasınca isə "Bununla, Baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir" kimi ifadə səsləndirilir. Guya Paşinyandan öncə Ermənistana rəhbərlik edənlər bəyəm belə demirdilər. Paşinyan bu həyasızlığı elə o Minsk qrupu həmsədr dövlətlərinin birinin paytaxtında Moskvada o ölkənin prezidenti Putinin hüzurunda edir. XİN rəsmisinin Paşinyanın bu bəyanatının "həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində,həmçinin ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir" deməsi ilə də elə təsəvvür yaratmağa çalışır ki, sanki Ermənistan heç olmasa bu "önəmli" hadisələrdə çəkinməli idi.  Ermənilərdə "çəkincəklik" hissi yoxdur. Onlarda həyasızlıq, yalançılıq hissi var, hiyləgərliklə onun-bunun dalına girib torpaqlarımıza təcavüzkarlıq var. Serj Sərkisyan BMT-nin iclasında Xocalı soyqırımını törətmələrini etiraf etməsini və bununla öyünməsini heç kim yaddan çıxarmayıb. Paşinyan "nədə maraqlı" olduğunu Moskvada, Kremldə ağası Putinin hüzurunda deyib. Paşinyanın cavabı orduya əmir verib Qarabağı geri almaqla verilməlidir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31