Paşinyanın Kremlə müqaviməti davam edir - ŞƏRH

Bu Azərbaycanın xeyrinədir Gözlənildiyi kimi Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü baş tutdu. Açığını qeyd etmək lazımdır ki, Paşinyanın Rusiya səfəri Azərbaycanda da diqqətlə izlənilirdi və Putinlə erməni baş nazir arasında keçirilən görüşdə müzakirə ediləcək məsələlər, xüsusilə Dağlıq Qarabağ problem ilə bağlı mövcud situasiya ilə bağlı tərəflərin ortaya qoyacağı mövqe diqqət çəkici idi.

Bu Azərbaycanın xeyrinədir

Gözlənildiyi kimi Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşü baş tutdu. Açığını qeyd etmək lazımdır ki, Paşinyanın Rusiya səfəri Azərbaycanda da diqqətlə izlənilirdi və Putinlə erməni baş nazir arasında keçirilən görüşdə müzakirə ediləcək məsələlər, xüsusilə Dağlıq Qarabağ problem ilə bağlı mövcud situasiya ilə bağlı tərəflərin ortaya qoyacağı mövqe diqqət çəkici idi. Hətta belə bir ehtimal da formalaşmışdı ki, Ermənistanın yeni rəhbərliyinin Rusiya ilə münasibətlərdə sərinlik yaratması və bir qədər Qərbə meyilli görünməsi Kreml tərəfindən heç də normal qarşılanmayacaq. Bu mənada Rusiya prezidentinin Paşinyanla görüşdə erməni baş nazirə qulaqburması verəcəyi də ehtimal olunurdu.  Qeyd etdiyimiz kimi Paşinyanın Rusiyaya səfəri baş tutdu  və iki ölkə rəhbəri arasında keçirilən görüşdə Dağlıq Qarabağ problem ətrafında da fikir mübadiləsi aparıldı. Ancaq görüşdən sonra erməni baş nazirin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi təhdid və qeyri-konstruktiv dolu bəyanatlar, açıqlamalar heç də Moskvada Paşinyana qulaqburması verildiyi anlamına gəlmir. Qeyd edək ki, erməni baş naziri hələı Moskvaya yola düşmədən əvvəl də Dağlıq Qarabağ problemi ilə bağlı səs-küylü bəyanat vermişdi və Paşinyanın açıqlamalarından belə anlaşılırdı ki, İrəvan sülh yolu ilə işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində deyil. Elə Vladimir Putinlə Nikol Paşinyanın görüşünü şərh edən ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə  deyir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya yola düşməzdən əvvəl Qarabağla bağlı verdiyi səs-küylü bəyanatı erməni auditoreyasına hesablanıb. Politoloqun sözlərinə görə, çünki, Ermənistan daxilində Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündən sonra Qarabağ konfliktinin həlli ilə bağlı Putinin Azərbayacana dəstək verəcəyindən narahatlıqlar hökm sürürdü: "Həmçinin Nikol Paşinyanın bu bəyanatı, Moskva səfəri ərəfəsində Putinə mesaj kimi Kreml tərəfindən qəbul edilərsə, erməni baş nazir ciddi təzyiqlə üzləşəcək". Məhəmməd Əsədullazadə hesab edir ki, Vladimir Putinlə görüşdə Nikol Paşinyan Qarabağ konfliktini ortaya atmaqla əsas hədəfdən yayınmağa çalışır: "Hazırda Yerevanda hesab edirlər ki, Putin Azərbaycanın beş rayonunu hərbi yolla azad etməsində neytrallıq göstərəcək. Qeyd edim ki, NikolPaşinyan "Ermənistan Respublikası və erməni xalqı güclü əks-zərbə vurmağa hazır olmalıdır və heç kim Qarabağ münaqişəsinin nizama salınması məsələsində bizimlə təhdid, məcburetmə və güc dilində danışa bilməz", -avantürsüt bəyanat səsləndirib. Hesab edirəm ki, bu gün Azərbaycan ordusu əks-hərbi həmlə ilə erməni ordusunu əzmək, Nikol Paşinyanı xalqının qəzəbinə gətirməklə, onun hakimiyyətinə son verə bilər".

Müstəqil ekspert Əhəd Məmmədli isə bildirib ki, gözlənildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşü gərgin keçib. Onun sözlərinə görə, Nikol Paşinyan Vladimir Putinlə görüşdən sonra hər şeyin əla getdiyini vurğulasa da, lakin görüş zamanı Paşinyanın Putinə : "İki ölkə bir-birinin daxili işlərinə qarışmır" söyləməsi, cavabında isə "Ermənistan iqtisadiyyatının 75 faizinə Rusiya nüfuz edir " deyən Putinin cavabı iki liderin bir-birinə üstü örtülü mesajların verilməsindən xəbər verir: "Göründüyü kimi, Paşinyanin Kremlə müqaviməti davam edir. Bu Azərbaycanın xeyrinədir, amma çox da ümüdlənməyə dəyməz. Putinlə görüşdən sonra Paşinyan Moskvada erməni biznes elitası ilə görüşdü. Və bu görüşdə "Qarabağ gələcəkdə Ermənistana birləşdirilməlidir" söylədi. Paşinyanın bu fikiri, Azərbaycanda bəzilərinin yeni erməni iqtidarının sülhməramlığına olan ümüdlərinin xülya olduğunu göstərdi. Bundan sonra Azərbaycanın müharibədən başqa heç  bir yolu qalmır. Azərbayvan müharibəyə hazırlaşmalıdır. Rusiyanı gözümüzə almağa belə hazır olmalıyıq. Bunun üçün lazım gəlsə 18-50 yaş çərçivəsində orduya yararlı olan bütün Azərbaycan vətəndaşlarına səfərbərlik elan edilməlidir. Artıq bıçaq sümüyə dirənib. Bu erməni dığalarının sərsəmləmələrinə cavab vermək vaxtıdır. 2019 Azərbaycan üçün Qarabağa dönəm ili olmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31