“TURAZ Şahini - 2018” birgə təlimləri davam edir
10 Sentyabr 2018 12:04 Siyasət"TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31