Aytən Mustafayeva: “Xorvatiya Azərbaycan üçün maraqlı bir tərəfdaşdır”
7 Sentyabr 2018 16:52 Siyasət"Azərbaycan və Xorvatiya arasındakı münasibətlər çox perspektivli bir münasibətlərdir".
Bunu millət vəkili Aytən Mustafayeva deyib.
Deputatın sözlərinə görə, Xorvatiya kimi Avropanın mərkəzində yerləşən, çox cazibədar bir dövlətin, eyni zamanda balaca amma qüdrətli, perspektivli, böyük tarixə malik dövlətlə bizim münasibətlərimiz getdikcə daha da inkişaf edir: "Xorvatiya ilə ikitərəfli münasibətlər haqqında sazişlər imzalanıb və imzalanmaqdadır. Bu münasibətlər artıq yeni mərhələlərə keçir. Hesab edirəm ki, Xorvatiya Avropa İttifaqının bir dövləti olaraq bu səpkidən də Azərbaycan üçün maraqlıdır. Xorvatiya gənc bir dövlət olmasına baxmayaraq amma böyük inkişaf addımlayan bir dövlətdir. Avropada Xorvatiya prezidenti söyləmişdir ki, "Xorvatiya Azərbaycanın enerji resurlarına böyük maraq göstərən bir dövlətdir". Bu istiqamətdə də Xorvatiya Azərbaycan üçün maraqlı bir tərəfdaşdır".
SİA