Ermənilərin ənənəvi mübarizə metodu - ŞƏRH
7 Sentyabr 2018 13:29 SiyasətMübariz Əhmədoğlu: "Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın "Haykakan Jamanak" qəzeti vasitəsilə "döyüşlə kəşfiyyat" aparır"
"Baş nazirin həyat yoldaşı mətbuatı bu qaydada şantaj edib, öz nəzarəti altına keçirmək istəyir"
Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərinə qədər özünə real alternativ, rəqib sayıla biləcək siyasilərin sıradan çıxarılması istiqamətində səylərini davam etdirir. Hər nə qədər Rusiyanın ciddi təpkisi nəticəsində bir qədər ehtiyatlı addımlar atmağa məcbur olsa da, lakin Paşinyan iddialarından da geri çəkilmək niyyətində görünmür. Məlumat üçün qeyd edək ki Nikol Paşinyanın əsas hədəf götürdüyü Qarabağ klanının boz kordinallarından sayılan sabiq prezident Robert Köçəryan məhz Rusiyanın adamı kimi tanınır. Elə Ermənistan baş nazirinin Rusiya Federasiyasında Kreml rəhbəri Vladimir Putinlə görüşündə sözügedən məsələnin diqqət mərkəzində olacağı və Nikola Moskvadan qulaqburması veriləcəyi istisna edilmir. Amma qeyd etdiyimiz kimi Paşinyan da ikili oyununu davam etdirməkdədir. Rəqiblərinə qarşı açıq mübarizəni kütləvi informasiya vasitələri səviyyəsinə daşıyan baş nazir özünə yaxın kütləvi informasiya vasitələrində onlar barəsində kompomat materiallar yayır. Burada diqqəöt çəkən məqam ondan ibarətdir ki, Ermənistan baş nazirinin bu mübarizəsi də elə erməni xislətinə uyğun şəkildə həyata keçirilir. Bir sözlə Nikol Paşinyan ermənilərin ənənəvi "mübarizə metodu"ndan olan qadın faktorundan istifadə edir. Söhbət baş nazir Nikol Paşinyanın həyat yoldaçına yaxınlığı ilə seçilən mətbu orqanda baş nazirin rəqiblərinin əleyhinə gedən kompomat yazılardan gedir. Ermənistanda cərəyan edən proseslər və erməni KİV-lərində gedən kompromat yazılarla bağlı fikirlərini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın "Haykakan Jamanak" qəzeti vasitəsilə "döyüşlə kəşfiyyat" aparır. Onun sözlərinə görə, Anna Akopyan baş nazir N. Paşinyanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda "Haykakan Jamanak" (Erməni vaxtı) qəzetinin idarəedicisidir: "Hesabat ayı ərzində Anna Akopyan "Haykakan Jamanak" qəzetinin siyasi proseslərə, dövlət idarəçiliyinə müdaxiləsini artırıb, özü müxtəlif proseslərə yön verməyə çalışıb və Fransada səfərdə olub. Fransaya səfərini keçən ildən hansısa ailəvi dostunun bunlara Fransaya ödənilmiş səfər dəvəti göndərməsi ilə əlaqələndirdi. Anna Akopyanın tələskənliyi, bəlkə də səriştəsizliyi bu məsələdə daha öndə oldu. Ermənistanın Fransadakı səfirinin avqust ayında Fransa rəhbərliyində hamının məzuniyyətdə olması xəbərdarlığı Anna Akopyanın səfər niyyətindən daşındırmadı. Bir neçə erməni icma təmsilçiləri ilə görüşdü, qalan vaxtını turist kimi gəzintiyə sərf etdi. Erməni icması ilə keçirdiyi görüş diqqət çəkən olsaydı, ya Anna Akopyanın özü, ya da Fransadakı erməni icmasının təmsilçiləri məlumat yayardılar. Buna rast gəlmədik". Mübariz Əhmədoğlu hesab edir ki, Anna Akopyanın "Haykakan Jamanak" qəzeti vasitəsilə "döyüşlə kəşfiyyat aparması" açıq şəkildə göz qabağındadır: Politoloq bildirib ki, Akopyan general mayor Manvel Qriqoryanın həbsxana kamerasından çəkilmiş foto şəklini qəzetində yerləşdirdi: "M.Qriqoryanın yazıq vəziyyəti şəkildə təsvir olunmuşdu. Həbsxanada şəkil çəkilməsi qadağan edildiyi üçün sosial şəbəkələr hay-küy qaldırdılar. Ədliyyə naziri və Ermənistan polisinin rəisi izah verməkdən müxtəlif yollarla yayındılar. Sonradan Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri A.Vanetsyan şəklin onun yüksək rütbəli zabiti tərəfindən çəkildiyini etiraf etdi. A.Vanetsyan bu zabitin günahı sübut olunsa, onun haqqında cinayət işi başlanacağını, digər variantda isə işdən azad olunacağını bildirdi. Ehtimal ki, M.Qriqoryanın çətin durumda olan şəklini Anna Akopyan çəkdirib və bununla erməni oliqarxlarını acınacaqlı həbsxana həyatı ilə qorxudur. Məqsədi isə oliqarxlardan həm dövlət büdcəsinə, həm də şəxsi büdcələrinə pul almaqdır. "Şəxsi büdcə" ifadəsini təsadüfən işlətmədik. Eks-prezident Robert Köçəryan Serj Sərkisyanın qardaşı Saşik Sərkisyanın evindən götürülmüş pulun yalnız 50 faizinin rəsmən qeydiyyata alındığını bildirdi. 50 faizinin hara getdiyi bəlli deyil". Mübariz Əhmədoğlu deyir ki, "Haykakan Jamanak" qəzeti ayrı-ayrı iri biznesmenlər və şirkətləri eks-prezident Robert Köçəryanla biznes əlaqəsində olmaqda şantaj edir: "Guya o şirkətlərdə Robert Köçəryan paya malikdir. "Zvartnots" aeroportu bunu açıq şəkildə inkar etdi və mühasibatlıq sənədlərini təqdim etməyə hazır olduğunu bildirdi. Bundan başqa Anna Akopyanın rəhbərlik etdiyi "Haykakan Jamanak" qəzeti eks-prezident Robert Köçəryanın media-maqnat olması ilə bağlı məlumatlar yaydı. Ermənistanın bütün aparıcı kütləvi informasiya vasitələrinin Robert Köçəryan tərəfindən satın alındığını bildirdi. Ermənistanın ən populyar saytlarından olan News.am saytı və digər kütləvi informasiya vasitələri bunu inkar etdilər". Mərkəz rəhbəri hesab edir ki, baş nazirin həyat yoldaşı Anna Akopyan mətbuatı bu qaydada şantaj edib, öz nəzarəti altına keçirmək istəyir.
Füzuli