Elçin Mirzəbəyli: “Hər iki ölkə müstəqil siyasət yürütmək əzmindədir"

"Ümumiyyətlə Azərbaycanla Xorvatiya arasındaki münasibətlər strateji münasibətlərdir. Hər iki ölkə uzun illərdir ki, yaxından əməkdaşlıq edirlər".

Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Xorvatiya prezidentinin Azərbaycana səfəri zamanı bir sıra mühüm sənədlər imzalanıb: "Azərbaycan Avropa İttifaqı münasibətlərinin inkişafında özünəməxsus rol oynayır. Xorvatiya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə tamamilə ədalətli mövqe nümayiş etdirir. Hər iki ölkə müstəqil siyasət yürütmək əzmində, potensialındadır və öz müstəqilliklərinə mühüm əhəmiyyət verirlər. Bu aspektdən də iki ölkəni birləşdirən həm siyasi çalarlar kifayət qədərdir, həm də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün çox geniş perspektivlər var. Bu baxımdan da cənab Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox mühüm əhəmiyyətə malik olduğunu xüsusi qeyd edə bilərəm. Keçirilən görüş zamanı səsləndirilən bəyanatlar, eyni zamanda imzalanan sənədlər də sübuta yetirir ki, Azərbaycan-Xorvatiya münasibətləri özünün ən yüksək mərhələsini yaşayır və bu əlaqələrin hər iki dövlətin maraqlarına uyğun şəkildə bundan sonra da inkişaf etdirilməsi üçün kifayət qədər geniş imkanlar var".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31