Səfir İlahiyyat İnstitutunda olub

Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiricənab Nasir Əbdül Kərim Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ-nin rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq,  ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor, Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.Ölkə prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vuğulayan rektor, ötən ilin ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib.  Ceyhun Məmmədov Aİİ  haqqında ümumi məlumat verərək, institutun fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında danışıb.

Sonra Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim Azərbaycanda belə bir təhsil müsəsəsinin fəaliyyətə başlamasını böyük məmnunluqla qarşılayıb. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən səfirinstituta fəaliyyətində uğurlar arzulayıb. O, təhsil müsəsisəsində islamla yanaşı, digər dünya dinlərinin tədris edilməsini, o cümlədən fəlsəfə, sosiologiya, məntiq, tarix kimi dünyəvi fənlərin keçirilməsini böyük maraqla qarşılayıb.  Daha sonra Səfir institutun kitabxanasını ziyarət edib. Kitabxana fondunun zənginliyindən heyranlığını ifadə edən səfir ərəb dilində olan ədəbiyyata xüsusi diqqət yetirib. Cənab Nasir Əbdül Kərimkitabxana fondunun zənginləşdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31