Siyasi şərhçi: “Bizim Xorvatiya ilə heç bir sahədə problemimiz yoxdur"

"Ümumiyyətlə Azərbaycan-Xorvatiya münasibətləri, diplomatik əlaqələri hələ 1995-ci ildən qurulub. İstər siyasi, iqtisadi, istərsə də mədəni və digər sahələrdə daima müsbət tendensiayalar olub".

Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xorvatiyaya səfər etməsi, eləcə də Xorvatiya prezidentlərinin Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edən görüşlərlə yadda qalıb: "Məlum məsələdir ki, görüşlərlə bağlı "Zaqreb" bəyannaməsi də imzalanıb. Bundan başqa Xorvatiya ilə Azərbaycan arasında əsasən Avropanın enerji təhlükəsizliyinə təhidin qarşısının alınması ilə bağlı müvafiq sənədlər var. Yəni bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhidin qarşısını almaqla bərabər, eyni zamanda bunu Xorvatiya üçün də edir. Eləcə də gələcəkdə Xorvatiya ərazisində müvafiq qaz terminallarının yaradılması da nəzərdə tutulur. Həmçinin kiçikhəcimli gəmilərin inşası və gəmiqayırma sahəsində müəyyən addımlar atıla bilər. Turizmin, infrastrukturun, informasiya texnologiyaları ilə bağlı da bu sahədə mühüm əlaqələr var. Xorvatiya minalardan təmizlənmə sahəsində çox böyük təcrübəyə malikdir.

Düşünürəm ki, Azərbaycan bundan da yararlana bilər. Son imzalanan müqavilələr də onu göstərir ki, bizim mədəni əlaqələrimiz yüksək səviyyədə inkişaf edə bilər. Bizim Xorvatiya ilə heç bir sahədə hansısa problemimiz yoxdur. Yəni həm Azərbaycanın tranzit bir ölkə olması, eyni zamanda Avropa İttifaqına daxil olan bir dövlətlə münasibət qurmaq Azərbaycan və Xorvatiya üçün də çox mühüm əhəmiyyət kəsb edir. Bu görüşdə də bunlar bir daha vurğulanıb".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31