Gürcüstanın Qarabağ probleminin həllində vasitəçiliyi mümkündürmü? - ŞƏRH

Gürcüstan Azərbaycana və Ermənistana vasitəçilik təklifİ edib.

"OLAYLAR" xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, rəsmi Tiflisin təklifini dəstəkləyir: "Nikol Paşinyanın hakimiyyətə gəldiyi günlərdə geniş yazı hazırladım və Gürcüstanın vasitəçiliyinin Azərbaycana və Ermənistana faydalı olacağını yazdım. Birincisi, Gürcüstan Cənubi Qafqazda həqiqi sülhdə və 3 ölkə arasında əməkdaşlığın genişlənməsində maraqlıdır. İkincisi, Gürcüstan öz təcrübəsindən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində ərazi bütövlüyü prinsipindən çıxış edəcək. Üçüncüsü, Nikol Paşinyan jurnalist olduğu illərdə tez-tez Tiflisdə müxtəlif toplantılarda olub, onun dostluq etdiyi gürcülərin Azərbaycanda da dostları var. Dördüncüsü, Gürcüstanın vasitəçilik təşəbbüsü Rusiyanın təsirini azaltmağa çalışan Paşinyanın da maraqlarına cavab verir. Beşincisi, Gürcüstanın vasitəçiliyi ABŞ və Avropa Birliyinin dəstəyini qazanacaq və Cənubi Qafqazın bütöv halında Qərbə interqsiyasını gücləndirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31