"KTMT-yə üzv olmaqda heç bir təhlükə görmürəm" - Deputat

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasında heç bir təhlükə görmürəm.

Bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili deyib ki, ancaq bu, Qarabağın azad olunması qarşılığında olmalıdır:

"Ona görə də Rusiya ilə öncədən problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair saziş imzalanmalı və parlamentlərdə ratifikasiya olunmalıdır. Bundan sonra Azərbaycanın KTMT-yə üzv olmasında heç bir təhlükə görmürəm. Cəmiyyət inkişaf edir, vəziyyət dəyişir".

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31