Azərbaycan uğurlu və səmərəli xarici siyasət həyata keçirir

Ölkəmizın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir

Tarixi siyasi və mədəni əlaqələrə malik olan Rusiya ilə Azərbaycan arasında münasibətlər getdikcə daha dərin xarakter alır və iki ölkə arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə inkişaf edərək ən yüksək mərhələyə qədəm qoyur. Düzdür, zaman-zaman rəsmi Bakı ilə Moskva arasında inciklik yaratmağa, iki ölkənin daha da inkişaf edən münasibətlərinə xələl gətirməyə yönəlik cəhdlər nümayiş etdirilsə də, lakin ortata olan siyasi iradə bu kimi cəhdlərin qısa zamanda qarşısının alınmasına, onun nəticəyə hazıl ola bilməməsinə gətirib çıxarır.  Onu da etiraf etmək lazımdır ki, həmin cəhdlər Rusiyanın müxtəlif rəsmi dairələrində özünə yer tapmış ermənilər, eləcə də bu ölkədəki erməni diasporu tərəfindən edilir. Bütün bunlara baxmayaraq yuxarıda qeyd etdiyimiz kimi Moskva-Bakı münasibətlərində sərinlik yaratmaq, iki ölkə arasında ciddi problemə yol açmaq kimi cəhdlər zamanında neytrallaşdırılır. Bu isə nəticə etibarilə Moskva ilə Bakı arasında əlaqələrin daha da dərinləşməsi, inkişaf etməsinə yol açır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri də deyilənlərin təsdiqi idi.  Məlumat üçün qeyd edək ki, səfər zamanı Azərbaycan dövlət başçısı rusiyalı həmkarı ilə Soçidə bir araya gəldi. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərin nəticəsi olaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən 15 saziş imzalandı ki, bunu da sözün həqiqi mənasında Rusiya-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə etmək olar. Azərbaycan dövlət başçısının şimal qonşumuza səfərindən artıq bir neçə gün keçməsinə baxmayaraq, bu gün də istər yerli, istər xarici kütləvi informasiya vasitələri İlham Əliyevin Soçiyə rəsmi səfəri və orada müzakirə edilən mövzular, aparııan danışıqların detalları barədə bir çox proqnozlar, ehtimallarla çıxış edirlər. Xüsusilə, Rusiya Federasiyasının medi qurum və quruluşları də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Soçiyə səfərini geniş şərh edirlər. Dövlət başçımızın Rusiya Federasiyasına rəsmi səfəri və orada müzakirə edilən məsələlərlə bağlı əksəriyyətin yanaşması ondan ibarətdir ki, İlham Əliyevin şimal qonşumuza sədəri çox uğurlu keçib. Elə ekspert və analitiklər də bu qənaətdədirlər. Millət vəkili Azər Badamov da Moskva ilə Bakı arasında mövcud olan tarixi siyasi və mədəni əlaqələrə diqqət çəkərək qeyd edib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. Millət vəkili onu da diqqətə çatdırıb ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan uğurlu və səmərəli xarici siyasət həyata keçirir və ölkəmizın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir: "Azərbaycan regional əməkdaşlıq və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirir və mühüm əhəmiyyət verir. Ölkəmizin Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafı da regional əməkdaşlıq və təhlükəsizliyə əhəmiyyətli töhfədir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri bu münasibətlərin daha da inkişafı və dərinləşdirilməsi baxımından strateji önəm kəsb edir". Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin də diqqət mərkəzində olması xüsusilə qeyd edilməlidir: "Rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir. Şübhəsiz ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin nizamlanmasında səylərini bundan sonra da davam etdirəcək". Millət vəkili əmin olduğunu bildirib ki, dövlət başçımızın Soçiyə səfəri zamanı ölkələr arasında müxtəlif sahələri əhatə edən 15 sənədin imzalanması Rusiya ilə Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni-yeni imkanlar açacaq. Azər Badamovun sözlərinə görə, iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün kifayət qədər potensial var və tərəflər bu potensialdan səmərəli istifadə edirlər: "Bu isə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına, siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin bir qədər də irəli aparılmasına xidmət edir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31