Putinin köməkçisi: Rusiyanın Ermənistana çoxlu sualları var
6 Sentyabr 2018 09:48 SiyasətPutinin köməkçisi: Rusiyanın Ermənistana çoxlu sualları var. Rusiya tərəfi Vladimir Putinin Nikol Paşinyanla görüşündə ciddi söhbətin aparılacağını gözləyir. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, hər iki tərəfdən çoxlu sual yığılıb. Putinin köməkçisi qeyd edib ki, Rusiya bütün məsələlərlə bağlı açıq müzakirələrin aparılacağını gözləyir.Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşünün sentyabrın 8-də keçiriləcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31