Prezident İlham Əliyev Esvatini Kralını təbrik edib
5 Sentyabr 2018 18:24 SiyasətPrezident İlham Əliyev Esvatininin Kralı III Msvatiyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Esvatini Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza sülh və tərəqqi arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31