Bu Azərbaycan əyaləti iki hissəyə bölünür

Güney Azərbaycanın Ərdəbil əyaləti iki hissəyə bölünə bilər.

Bu barədə təklif Güney Azərbaycanın Meşginşəhr, Parsabad, Germi, Biləsuvar, Əhər, Heris, Kəleybər, Xudaafərin, Horand şəhərlərinin millət vəkilləri tərəfindən imzalanıb və İran İslam Respublikasının Məsləhət Şurasının Rəyasət Heyətinə yazılı şəkildə göndərilib. Təklifə əsasən, yeni yaradılacaq əyalətin adı "Şimali Azərbaycan" adlanacaq.

Əyalətin bölünməsinə səbəb kimi, adı çəkilən şəhərlərin idarəçiliyində olan nöqsanlar və onların aradan qaldırılması göstərilir.

Mütəxəssislərin fikrincə isə bu, Güney Azərbaycanı parçalamaq və millətin assimiliyasiyasını sürətləndirməkdir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31