“Azərbaycan Türk dövlətlərini birləşdirən təşkilatlarda layiqincə təmsil olunur” - AÇIQLAMA

"Türk dünyası ölkələri ilə Azərbaycan arasında münasibətlər kifayət qədər müsbət və uğurludur. Türk dövlətlərini birləşdirən bir çox təşkilatların daxilində də ölkəmiz layiqincə təmsil olunur". Bu fikirləri  Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib.

Azərbaycanın regiondakı inkişafı, qüdrəti türk ölkələrinin diqqətini cəlb etdiyini deyən deputat söyləyib ki, türk dövlətləri ilə münasibətlərdə qardaş Türkiyə ilə əlaqələr əsas yer tutur.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfərinə toxunan F.İbrahimli söyləyib ki, bu cür səfərlər dövlətlərarası münasibətləri, siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı xarakterizə edir: "Türkiyə ilə münasibətlərimiz hər zaman ön sırada olsa da, digər türk dövlətləri, o cümlədən, Qırğızıstan ilə də münasibətlərimiz uğurlu perspektivdə davam edir. Bu türk dövləti ilə münasibətlərimiz açıq, səmimi, heç bir mənfi nüans daşımayan formadadır. Hesab edirəm ki, Qırğızıstan tərəfi bu cür görüşlərdə daha maraqlıdır".

Deputat vurğulayıb ki, ümumiyyətlə, dünya münasibətlər sistemində beynəlxalq hüquqa deyil, gücə söykənir: "Ağıllı, uzaqgörən dövlət başçısı bu vəziyyətdən uğurla çıxa bilir. Bu mənada Azərbaycanın nailiyyətləri müsbətdir. Qırğızıstanla münasibətlər isə bütövlükdə Türk dünyası ilə əlaqələrin tərkib hissəsidir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31