Qabil Hüseynli: “Paşinyana xəbərdarlıq göndərilib"

"Rusiyanın prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sentyabrın 8-də baş tutacaq görüşdə Paşinyan öz sədaqətini nümayiş etdirmək istəyir". Bunu  politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından narahat olan işğalçı dövlət Rusiyanın Ermənistana ögey münasibət bəslədiyi qənaətinə gəlir: "Bu səbəbdən də özünün Rusiyaya yaxınlığını, Rusiya ilə münasibətlərinin əvvəlki kimi qaldığını sübut etməyə çalışacaq. Çünki son zamanlar həm Rusiya mətbuatında, həm də Rusiya liderlərinin özündə belə qənaət formalaşıb ki, Paşinyan Qərbin adamıdır və Qərbin əlində oynayır. Beləcə gec-tez öz ölkəsini Avropa Birliyinə və NATO-ya üzv etməyə çalışacaq. Bu nöqteyi-nəzərdən dəfələrlə Paşinyana xəbərdarlıq göndərilib. Mətbuatda isə ciddi tənqidi məqalələr gedib.

Paşinyanın bu səfəri öz təşəbbüsü ilə də ola bilər və yaxud da Rusiya tərəfi belə bir siyasi manevr edərək Paşinyanla son söhbətlərini həyata keçirmək istəyir. Ona xəbərdarlıq edərək küncə sıxışdırmaq siyasətini həyata keçirəcəklər. Əvvəla Serj Sarkisyan və Koçaryanın adamlarına dəyməsin, daha sonra Qərblə müəyyən gizlənpaç oyunlarından istifadə etməsin. Rusiya istədiyi vaxt Ermənistana təzyiqlər də edir. Hətta onun necə hərəkət etməsi barədə göstərişlər verir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31