"Ermənistanı Rusiyaya bağlayan geosiyasi konfiqurasiya Köçəryandan deyil,Mehri dəmiryolundan asılıdır" – Mübariz Əhmədoğlu
5 Sentyabr 2018 12:19 Siyasət"Rusiya Federasiyasının prezidenti V.Putin eks-prezident, haqqında cinayət işi açılmış
R.Köçəryanı ad günü münasibətilə təbrik etdi. Köçəryana V.Putinin belə münasibəti özünə görə deyil, Ermənistanındaxilində baş verənlərə görədir".
Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib: "S.Sərkisyanın dövründə Rusiya-Ermənistanmünasibətlərində hər şey normal kimi görünürdü. Bu dövrdə V.Putin və ya yüksəkçinli Rusiya
rəsmilərindən kimsə R.Köçəryanı itirib axtarmayıb. 2016-cı ilinaprel
döyüşləri zamanı Ermənistanda antiRusiyaçılıq ən yüksək həddə çatan
dövrdədə Rusiya rəsmiləri R.Köçəryanı yada salmadılar. O zaman
Yerevana səfər edən RFbaş naziri D.Medvedev Q.Çarukyanın
evindəqalmalı oldu. Hər halda R.Köçəryanın da evində qala bilərdi.
"Sistem" AFK-nınidarə heyətinin üzvü olan R.Köçəryan ən azı ildə 2
dəfə Moskvaya səfər edir. Ozaman da yüksək çinli RF rəsmiləri
R.Köçəryana diqqət ayırmadılar.
V.Putinin məqsədi N.Paşinyanamünasibətini göstərməkdir. V.Putin
qarşıdan gələn seçkilərdə Rusiyapərəst qüvvələriaktivləşdirmək və
onların arasından seçim etmək kursunu götürüb. Bu zamanRusiyaya ən
səmimi münasibət göstərən şəxs Rusiyanın namizədi olacaqdır. Bununüçün
ən optimal variant Ermənistandakı siyasi xadimin Mehri dəmir
yolununaçılması uğrunda mübarizəsi olacaqdır. Mehri dəmir yolunun
açılması Ermənistanüzərində Rusiya-ABŞ qarşıdurmasının
konfiqurasiyasını tam dəyişəcəkdir. Bəlkə dəABŞ Ermənistanı Rusiyanın
təsir zonasından çıxarmaq barədə düşünməyəcək, Ermənistanlanormal
münasibətlər quracaq"