Paşinyanın Rusiya səfəri Kremlin əmri ilə reallaşır
5 Sentyabr 2018 11:55 SiyasətErmənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri, əsasən Kremlin əmri ilə reallaşır.
"OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, xüsusilə iki ölkə arasında əlaqələr, xüsusi ilə Rusiyanın bu ölkədə mövqeyi sual altına alınır: "Baş nazir Paşinyan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə, demək olar ki, heç bir arqument gətirə bilməyəcək. Görüşdə ümumi pafoslu və protokol xatirinə diplomatik sözlərdən istifadəyə cəhd edəcək. May ayından Kreml Paşinyanın bu kimi sözləriylə tanışdı. Təbii ki, Putin Paşinyanı ona görə çağırmır ki, onun sözdə başqa, əməldə demək olar ki, anti-Rusiya siyasətinə seyrçi qalsın. Konkret olaraq Putin ilk növbədə Paşinyanı Rusiyanın orbitindən çıxacağı halda, Rusiyanın iqtisadi-siyasi təzyiləri ilə üzləşəcəyini vurğulayacaq. Bundan əlavə, daxili siyasətdə Koçaryan klanına qarşı cinayət prosesini dayandırmağı tələb edəcək". Politoloq deyib ki, Paşinyan Putin görüşü son aylarda baş verən proseslərə aydınlıq gətirəcək: "Bu səfər Moskvanın istəyi ilə həyata keçirildiyindən Paşinyana şərt qoyulacaq. Bu şərtlərdən çıxacaqsa, Ermənistana ixrac olunan qazın qiyməti qaldırılacaq, silah yardımı dayandırılacaq, iqtisadi sanksiyalar tətbiq olunacaq. Rusiyadan bu ölkəyə ixrac olunan mallara tədricən embarqo qoyula bilər. Bununla Rusiya Ermənistanda daxili narzılığı artırmaqla Paşinyana qarşı əks-inqilaba rəvac verəcək. Əgər, Paşinyan Putinlə razılaşsa Qərbin təzyiqləri ilə üzləşəcək. Hesab edirəm ki, Paşinyanı Putinlə görüşdən sonra ciddi sınaqlar gözləyir. Rusiya, artıq Ermənistanda proseslərə müdaxilə etməkdədir".