ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər
4 Sentyabr 2018 18:04 SiyasətATƏT-in baş katibi Tomas Qreminger və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan YerevandaDağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
Görüş zamanı T.Qreminger ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Eyni zamanda T.Qreminger və Z.Mnatsakanyan Ermənistanın daxili siyasi vəziyyətini də müzakirə ediblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31