Radikal düşərgəyə ismarıc

Amerikadan daha böyük demokrat görünməyə çalışmayın

İyirmi ildən artıqdır ki, müxalifəti monopoliyaya alan, yeni siyasi qüvvələrin üzə çıxmasını qısqanclıqla yanaşan, onları bütün mümkün vasitələrdən istifadə etməklə siyasi proseslərdən kənarda qoymağa çalışan radikal müxalifət düşərgəsi bu gün öz ampluasında qalır. Özlərini əsas ana müxalifət sayaraq Qərbdən, bəzi beynəlxalq siyasi qurumlardan demokratiya adı altında ayrılan maliyyə vəsaitlərini sırf özlərinin mənimsəməsi üçün dəridən-qabıqdan çıxan bu düşərgə təmsilçiləri Azərbaycana səfər edən bir sıra beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, monitorinq qruplarının rəhbərlərinin də yeni siyasi qüvvələrlə görüşlərinə mane olmağa, onları bu kimi görüşlərdən təcrid etməyə çalışırlar. Təbii ki, radikal düşərgənin bu yanaşması, mövqeyi də siyasi meydana atılan yeni qüvvələrin ciddi narazılığına, etirazına səbəb olur. Onu da qeyd etmək yerinə düşər ki, yeni siyasi qüvvələrə qarşı bu cür qısqanc münasibət daha çox Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası tərəfindən ortaya qoyulur. Və qeyd etdiyimiz kimi həmin münasibət də siyasi proseslərə yenicə atılan siyasi təşkilat və qurumlar, partiyalar tərəfindən etirazla qarşılanır. Müsavat Partiyasında başqan dəyişikliyindən sonra bu partiyadan ayırılaraq AĞ Partiyada birləşmiş bir qrup gənc də məhz radikal siyasi düşərgənin barışmaz mövqeyi, qısqanclığı səbəbindən önə çıxa, ictimai-siyasi prosslərdə fəal iştirak edə bilmir. Elə AĞ Partiyanın təmsilçisi Əhəd Məmmədli də belə düşünür və radikal müxalifət düşərgəni bu mövqeyinə görə kəskin tənqid edir: "Bir qrup var, ümümillikdə ölkə miqyasında 3-5 faiz təşkil olunurlar, özlərini qərbyönümlü, sivil, demokrat, liberal, dünyəvi, ana-radikal-əsl-nə bilim nə müxalifət sayırlar. Və həmin bu "müxalifətin" nümayəndələri son günlərdə daha çox "Quş" buraxırlar. Yəqin istilərdəndi. Deyirlər ki, "müasir dövrdə azan nəyə lazımdır, saat var hər kəs azan vaxtını bilir". Azərbaycanda hansısa islam radikallığından danışırlar. Unitar konstitusion quruluşa malik olan Azərbaycanda hər kəsə öz dilində, dövlət səviyyəsində danışmağın vacibliyini söyləyirlər. Separtçı-terroristlərin rəhbərlərinin öldürülməsini səhv, qeyri-qanuni adlandırırlar.  Əmin ola bilərsiniz elələri azanı da, hicabı da sonda kommunistlər kimi dini də ləğv edərlər. Din deyəndə, məhz İslam dinininin ayinlərinin ləğvindən söhbət gedir. 
Və bunları kommunistlər kimi möhvümatla mübarizə, dünyəvilik naminə şüarları ilə malalayarlar. Belələri unitar, balaca, separatçılıqdan əziyyət çəkən Azərbaycanda, hər etnik qrupunun dilini dövlət səviyyəsinə qaldırarlar. Bunu da demokratiya şüarı altında edərlər. Avropa, Amerikaya xoş gəlsin deyə separatçı, terrorçu Qarabağ ermənilərini, əlikramçıları, sadvalçıları, PKK-çıları, fetöçüləri bağışlayıb başımızın üstünə gətirərlər. Və bir neçə ildən sonra dünya xəritəsində Azərbaycan adlı ölkədən əsər-əlamət qalmaz.  Bu arada məşhur atalar sözümüz yadıma düşdü : "Allah bilir niyə dəvəyə qanad vermir". Biri bunlara başa salsın ki, sevimli müasir Avropa, Amerikalarında kilsə zənglərini heç kəs qadağa etmir. Biri bunlara başa salsın ki, sünni-şiə, müsəlman-xristian, müsəlman-yahudi münasibətlərinin tolerantlığına görə nəinki İslam dünyası, bütün dünyada Azərbaycan aparıcı, bəlkə də ən qabaqcıl ölkədir. Bir neçə il bundan əvvəl İsraildə yahudilər dünyanın hansı yerində özünü ən rahat, ən təhlükəsiz hiss edir sorğusu keçirilmişdi. Və bu sorğuda birinci yerə, İsrailin özündən də Azərbaycan çıxmışdı. İsrailin özündə də, yahudilər Azərbaycanda özlərini daha rahat, təhlükəsiz hiss edirlər. Biri bunlara başa salsın ki, unitar və ələxsus da Azərbaycan kimi balaca, separatçılıqdan əziyyət çəkən ölkədə dövlət dili bir dənə olur. Sevimli Avropa, Amerikanızın belə böyük federativ ölkələrində dövlət dili tək dil olur. 
Kimlərinsə xoşuna gəlmək üçün siyasi diletantlıqla məşğul olmayın. Biri bunlara başa salsın ki, Tanrınız Amerika belə terrorçu saydıqlarını harda istəyir öldürür. Roma papasından daha böyük katolik, Amerikadan daha böyük demokrat görünməyə çalışmayın".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31