Prezident İlham Əliyev San-Marino rəhbərlərini təbrik edib
3 Sentyabr 2018 18:32 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və cənab Matteo Çiaççiyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Zati-aliləri,
San-Marinonun milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31