“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beynəlxalq səviyyədə nüfuz qazanır" - AÇIQLAMA

"Bu gün Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb. Sammit kökü, soyu, dili bir Asiyadan Avropaya qədər böyük bir regionda yerləşən türkdilli dövlətlər arasındakı birliyin möhkəmlənməsinə xidmət edəcəkdir".

Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, sammitlərin keçirilməsi və sammitlər çərçivəsində üzv dövlətlərin dövlət başçıların bir araya gəlməsi türkdilli dövlətləri və ümumilikdə regionu narahat edən bir çox məsələlərin müzakirə olunaraq sabitləşməsinə öz təsirini göstərir. Türkdilli dövlətlərin Şurası türkdilli dövlətlərin tarixinin, dilinin, mədəniyyətinin, adət-ənənələrin qorunub saxlanmasına və bir-birilərinə inteqrasiya olunmasına öz töhfəsini verir. Həm iqtisadi, həm də siyasi baxımından türkdilli dövlətlərin yerləşdiyi coğrafiya dünyanın siyasi-iqtisadi həyatında böyük rol oynayır. Tükdilli dövlətlərin yerləşdiyi regionda Azərbaycanın təşkilatçılığı ilə böyük beynəlxalq transmilli layihələr icra olunub. Bizim təşkilatçılığımızla həyata keçirilən bu layihələr türkdilli dövlətlərə böyük gəlir gətirməklə dünya xəritəsinə bir yenilik gətirib.

Türkdilli dövlətlərin Şurası beynəlxalq səviyyədə nüfuz qazanır. Bunun da regionda sabitliyin təmin olunmasında xüsusi rolu olacaqdır. Türkdilli dövlətlərin arasında işğaldan əziyyət çəkən yeganə ölkə Azərbaycandır. Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının beynəlxalq müstəvidə güclənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin sürətlənməsinə öz töhfəsini verə bilər. Qeyd etdiyim istiqamətlər baxımından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31