Rusiya-Azərbaycan münasibətlərinin dərin kökləri var - ŞƏRH

Fikrət Yusifov: "Bu münasibətlər Sovetlər Birliyinin süqutundan sonra iki müstəqil dövlət arasında daha şəffaf bir müstəvidə inkişaf edir"

Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları, eləcə də yerləşdiyimiz coğrafiyadan kənarda yerləşən dövlətlərlə normal münasibətlər qurur, ikitərəfli zəmində əməkdaşlıq edir. Müntəzəm olaraq ölkəmizə baş tutan səfərlər, eləcə də Azərbaycan dövlət başçısının ayrı-ayrı ölkələrə səfərləri, keçirilən görüşlər, imzalanan əməkdaşlıq sazişləri bütün bunların əyani sübutudur.

Azərbaycanın yerləşdiyi coğrafiyada normal qaydada münasibətlər qurduğu, qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bu əməkdaşlığı gündən-günə daha da inkişaf etdirib irəliyə apardığı ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Rusiya ilə Azərbaycanı dərin tarixi köklər, siyasi, iqtisadi, mədəni və hunaitar əlaqələr bir-birinə bağlayır. Həm dövlət başçıları arasında olan dərin dostluq münasibətləri, həm də xalqlar arasındakı yaxın əlaqələr Rusiya-Azərbaycan əməkdaşlığını daha da irəli aparır, ona yeni rənglər qatır. Bu gün əminliklə deyə bilərik ki, Rusiya Federasiyası Azərbaycana Cənubi Qafqazda əsas strateji müttəfiq kimi baxır.  Eyni zamanda iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində normal əməkdaşlıq mühiti mövcuddur ki, bu amil də Moskva ilə Bakının strateji müttəfiqliyini daha da irəliyə aparır.

Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradacaq daha bir addım bu günlərdə Soçidə reallaşdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə bu ölkədə səfərdə oldu və Soçidə iki ölkə rəhbəri arasında hər iki ölkə üçün maraq kəsb edən danışıqlar keçirildi, sazişlər imzalandı.

İki ölkə prezidentlərinin səmimi və mehriban, dostluq münasibətləri səviyyəsində keçirilən Soçi görüşünü şərh edən ekspertlər haqlı olaraq qeyd edirlər ki, Rusiya Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər Sovetlər Birliyinin süqutundan sonra iki müstəqil dövlət arasında daha şəffaf bir müstəvidə inkişaf edir. Elə iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov da deyir ki, biz Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə çox ciddi əməkdaşlıq edirik. Onun sözlərinə görə,  bu gün Azərbaycanda Sovetlər İttifaqı dövründə olduğu qədər də rus dilində təhsil ocaqları fəaliyyət göstərir: "Biz Rusiya ilə bütün səviyyədən olan münasibətlərimizi bundan sonra da dərinləşdirməkdə davam etmək əhval-ruhiyyəsindəyik. Bunun həqiqətən belə olduğuna dair çox nümunələr gətirmək olar. Məsələn, bu gün Bakı şəhərindəki uşaq bağçalarında Azərbaycan bölməsində sərbəst yerlər kifayət qədər olduğu halda, rus bölməsində yer tapılmaq müşkül məsələdir. Heç kim vətəndaşı məcbur edə bilməz ki, sən övladını uşaq bağçasında rus bölməsinə qoymalısan. Deməli bu bizim öz seçimimizdir, bu bizim rus dilinə münasibətimizdir. Bir millətin dilinə hörmətlə yanaşırsansa, deməli sən o milləti sevirsən. Bax rus dilinə, rus xalqına və bütövlükdə Rusiyayya budur bizim münasibətimiz. Biz onu tam səmimi və aşkar bir şəkildə ortaya qoyuruq. Rusların Cənubi Qafqazda yaratdıqları qondarma Erməni dövlətində isə bu dediklərimizdən əsər-əlamət yoxdur, heç Sovetlər dönəmində də olmayıb. Əksinə bu gün Ermənistanda Rusiyanı işğalçı dövlət kimi aşağılayan qüvvələrin sayı artır. Nankor erməni unudub ki, başqalarının torpaqları hesabına ona dövlət bəxş edən və bu dövlətə nəfəs verib onu dövlətlər sırasına qoşan məhz Rusiya olub. Ruslar erməni xislətinin xəyanətlə yoğrulduğunu dəfələrlə görsələr də heç şübhəsiz onların bu qədər nankor ola biləcəyini hesablaya bilməyiblər. Ancaq fakt faktlığında qalır". Fikrət Yusifov bildirib ki, bu gün Ermənistanın yeni hakimiyyəti Moskvaya meydan oxumağa başlayıb: "Bunun nə ilə nəticələnəcəyi aydın məsələdir. Əgər "müstəqil" olan Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə və bu işi onun yerinə Rusiya görürsə, belə halda Rusiyaya qarşı bu nankorluq (əgər bu oyun deyilsə) öz layiqli cavabını alacaq. Bütün hallarda, son illərin və xüsusilə də son ayların hadisələri erməni xislətinin iç üzünü daha qabarıq bir şəkildə ruslara açıb göstərdi. Biz azərbaycanlılar Rusiya Azərbaycan münasibətlərinin hara qədər lazımdırsa dərinləşməsini ürəkdən istəyirik və buna hazırıq".

Füzuli

Начало формы

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31