Yapon nazir Azərbaycana gəlir

Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək.

Olaylar.az-in Trend-ə istinadən məlumatına görə, sentyabrın 2-də nazirin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Taro Kono əvvəlcə Ermənistana və Gürcüstana, sentyabrın 5-də isə Azərbaycana gələcək. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Nazirin regiona səfərində məqsəd Cənubi Qafqaz ölkələri ilə Yaponiya arasındakı əməkdaşlığı genişləndirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31