“Soçi görüşü siyasi-iqtisadi əlaqələrin inkişafına tövhə verəcək” - Politoloq

"Azərbayacan prezidenti və Rusiya prezidentinin Soçi görüşü ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Hazırda Moskvanın Cənubi Qafqazda normal siyasi əlaqələri Azərbaycanladır. Ermənistanda baş verən inqilabdan sonra Moskva-Yerevan arasında siyasi əlaqələr ciddi şəkildə zəifləyib".

Orucova "OLAYLAR" Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistan hakimiyyətinin yeni siyasi kursu anti-Rusiya olaraq, Qərbə inteqrasiyadır: "Ermənistan-Rusiya arasında gərginləşən münasibətlər fonunda Bakı-Moskva əlaqələrinin yeni mərhələyə çıxması Kremlin atacağı siyasi addımlardan aslıdır. İlk növbədə bu addımlar Rusiyanın Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyindən irəli gələ bilər. Soçidə prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparacaqlar. Putinin bu məsələdə Azərbaycana güzəştə getməsi real görünmür".

Politoloqun sözlərinə görə, ilk növbədə Rusiya, Ermənistanda Qarabağ klanını hakimiyyətə gətirmək istəyir. Bu klanın rəhbəri eks-prezident Robert Koçaryana ciddi dəstək verir. Rusiyanın bu ölkədə əsas dayağı məhz Qarabağ klanıdır. Əgər, Putin Qarabağ məsləsində Azərbaycana güzəştə gedərsə, Qarabağ klanı Rusiyadan üz döndərərcək. Bu da Ermənistanda tamam Rusiyanın dayaqlarının itirilməsinə gətirib çıxarar. Putinin ötən gün Robert Koçaryana zəngi və dəstiyi göstərir ki, Rusiya Ermənistanda yeni siyasi mərhələyə başlamaq niyyətindədir.

O qeyd edib ki, Rusiyanın ekspert dairələrində başda Kremlı yaxın şəxs olan Alelsandr Dugin qeyd edir ki, Qarabağ klanı hakimiyyətə gələrsə, beş rayon geri qayıdacaq kimi absurd və reallığa söykənməyən ifadələr səsləndirirlər: "Rusiya məhz qərbyönümlü Paşinyana qarşı Qarabağ klanına dəstək verməklə onun yeni hakimiyyətin Qarabağala bağlı hər hansı kompromisə getməsinin qarşısın almağa çalışır. Sirr deyil ki, Ermənistanın yeni hakimiyyəti qərbyönümlüdür və Moskvadan imtina edir. Bundan əlavə, növbəti parlment seçkilərinə kimi Paşinyan hakimiyyətinin Bakıdan vaxt istəməsi məlumdur. Bunu xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib. Regionla bağlı Qərbin də əsas planı budur ki, Qarabağ münaqişəsi həll edilərək Rusiya regionda çıxsın".

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Bakı Moskvanın Qarabağla bağlı şirin vədlərinə inanmamalı və Ermənistanda situasiyanı izləyərək, Qərbin planına müəyyən qədər dəstək verməlidir: "Rusiya bir daha Koçaryanı hakimiyyətə gətirməklə, Qarabağ münaqişəsinin həllinin üstündən xətt çəkmık istəyir.

Rusiyanın Qarabağla bağlı planı budur ki, Azərbaycan KTMT daxil olsun, Qarabağın beş rayonu Azərbaycana verilməklə, Rusiya öz silahlı qüvvələrini Qarabağda yerləşdirsin və Qarabağ bir neçə müddətdən sonra müstəqil olsun. Amma Qərb Qarabağa yükəsək muxtariyyət verilməklə, ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli planına malikdir. Ermənistanın yeni rəhbərliyi və Paşinyanın boz kardinalı Levon-Ter Petrosyanda Qərbin bu planını dəstəkləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31