Əliyevlə Putin nələri müzakirə edəcək? - Kreml açıqladı
1 Sentyabr 2018 13:18 SiyasətRusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Vladimir Putinlə İlham Əliyevin bu gün Soçidə baş tutacaq görüşü ilə bağlı danışıb.
Peskov jurnalistlərə açıqlamasında bildirib ki, liderlər əvvəlcə məhdud tərkibdə, daha sonra geniş tərkibdə danışıqlar aparacaqlar. Sənədlər imzalanacaq və dövlət başçıları mətbuata bəyanatla çıxış edəcəklər.
Kremlin mətbuat xidməti bəyan edib ki, Putinlə Əliyev gündəlikdə dayanan ikitərəfli vacib mövzuları müzakirə edəcəklər: "Eyni zamanda, aktual beynəlxalq və regional problematika ilə bağlı fikir mübadiləsi aparılacaq".
Qeyd edək ki, sonuncu dəfə Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər./Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31