"Gürcüstanın baş naziri Mamuka Baxtadzenin ölkəmizə səfərində əsas məqsəd... " - Şərh
31 Avqust 2018 16:26 Siyasət"Gürcüstanın baş naziri Mamuka Baxtadzenin ölkəmizə səfərində əsas məqsəd strateji tərəfdaşlıqla bağlı öhdəliklərə sadiq qalacaqlarını və Azərbaycana qarşı hər hansı provakativ siyasətə getməyəcəkləri ilə bağlı Bakını əmin etmək idi"
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Gürcüstanda oktyabrda keçiriləcək seçkilər qabağı sosial vəziyyət qənaətbəxş deyil, iqtisadi inkişaf nəzərə çarpmır: "Artıq, seçki qabağı hakimiyyətdə olan "Gürcü Arzusu" partiyası Azərbaycanla əlaqələrində diqqətli olmağa başlayıb. Gürcüstanın hazırkı hökuməti daima Azərbaycana qarşı müəyyən siyasi şantajlara yol verib. Ermənistanla Rusiya arasında dəmiryol xəttinin açılışına cəhd, İrandan qaz alışı, İran Ermənistan dəmiryolunun xəttinin çəkilişi və s. bu kimi məsələlər rəsmi Bakının Tiflisə etimad mühiti zəifləmişdi".
Politoloq qeyd edib ki, Gürcü baş nazir seçki qabağı Azərbaycanın dəstəyini almaq, xüsusi ilə Borçalıda yaşayan soydaşlarımızın səsi indiki hakimiyyət üçün önəm kəsb edib: "Hazırda Borçalıda Sarkaşvilinin reytinqi kifayət qədər yüksəkdir. Baş nazir həmçinin bu danışlqlarda yeni investisiyalar cəlb etmək, sosial məsələlər üçün kredit almağı müzakirə edib. Təbii ki, Bakının da şərtləri baş nazirin diqqətinə çatdırılıb. Gürcüstan hakmiyyəti Ermənistan və mavi yanacaqla bağlı Bakının şərtləri ilə razılaşıb".
Məhəmməd Əsədullazadənin sözlərinə görə Baş nazir Mamuka Baxtdadze "Boz kardinal" Bidzina İvanaşvilinin göstərişi ilə Azərbaycana səfər edib. Seçki öncəsi Bidzina İvanaşvili üçün çətin sınaq gözlənilir. Gürcüstan hakimiyyəti Ermənistan və mavi yanacaqla bağlı Bakının şərtləri ilə razılaşıb.