"Merkel Yerevanda olarkən Azərbaycan və Türkiyənin maraqlarını mümkün qədər nəzərə aldı" - Mübariz Əhmədoğlu

"Almaniyanınfederal kansleri A.Merkel regiona səfər turnesi çərçivəsində Yerevanda oldu. Ermənistanınbaş naziri N.Paşinyan, prezident A.Sərkisyan, Bütün Ermənilərin Katolikos-PatriarxıII Qareginlə görüşdü. A.Merkelin Ermənistanda vətəndaş cəmiyyətinin və yamüxalifətin təmsilçiləri ilə görüşü barədə heç bir məlumata rast

gəlməmişik". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndi:

"A.Merkel N.Paşinyanla birlikdə mətbuat konfransı keçirdi. Mətbuat konfransındabaş nazir N.Paşinyan Serj Sərkisyan dövrünün şablonlarını təkrarladı: "Bizxarici siyasətimizi iri dövlətlərin ziddiyyətləri üzərində qurmuruq", çox məsələlər üzrə bizim mövqeyimizAlmaniyanın mövqeyi ilə üst-üstə düşür və s. A.Merkel Ermənistanda baş verənlərəmüsbət münasibətini bildirdi. O, Ermənistan-Aİ müqaviləsinin reallaşmasına dəstəyinivəd verdi. Eləcə də

viza liberallaşması prosesində tərəqqiyə ümid etdiyini vəkömək edəcəyini açıqladı. A.Merkel baş nazir, prezidentlə birlikdə Yerevanın mərkəzihissəsinə gəzintiyə çıxdı. Bütün Ermənilərin Katolikosu II Qaregin A.Merkellə görüşü zamanı Ermənistanındaxilindəki vəziyyətdən daha çox Türkiyədəki vəziyyət və Dağlıq Qarabağ problemi barədə məlumat verdi. II Qaregin Azərbaycanın dini-mədəni abidələridağıtması barədə erməni müəlliflərinin kitabını A.Merkelə təqdim etdi. IIQaregin Merkelin rəhbəri olduğu

"Xristian-Demokrat İttifaqından" almanbundestaqının deputatı, Almaniya-Cənubi Qafqaz deputat qrupunun sədr müaviniA.Vayleri ayrıca qəbul etdi. A.Merkel"erməni soyqırımı" abidəsinə baş çəkdi. Onun "erməni

soyqırımı" terminini işlətməməsidiqqəti çəkir. A.Merkel 1915-ci ilin faciəvi hadisələri terminindən istifadəetdi.

A.Merkelin Ermənistana səfəri zamanı davranışında və verdiyi bəyanatlarda kifayət qədərciddi yeniliklər var idi:

ı.A.Merkel "Xristian-Demokrat İttifaqı"nın başçısı olsa da o Ermənistanda xristian faktorunu mümkün qədər gizlətdi. A.Merkelin səfəri gözlənildiyindəntez başa çatdı. Amma onun II Qareginlə görüşü barədə məlumat A.Merkel nəinki Ermənistanı, hətta Azərbaycanı tərk etdikdən sonra yayıldı. Ehtimal ki, buAlmaniya tərəfinin Ermənistan

qarşısında tələbi idi. Yeri gəlmişkən İran İslamRespublikasında bəzi

qüvvələr A.Merkelin 3 Cənubi Qafqaz ölkəsinə səfərinixristian

dövlətlərinə dəstək, müsəlman Azərbaycanına isə aşağılayıcı kimi

təbliğetməyə çalışırlar. İki arqumentləri var. Birinci arqument,

A.Merkelin xristianpartiyasının başçısı olmasıdır. İkinci arqument,

A.Merkelin Ermənistanda IIQareginlə görüşdüyü halda Bakıda olarkən

Bütün Qafqazın ŞeyxülislamıH.A.Paşazadə ilə görüşməməsidir.

Ermənistanda din dövlət təbliğat maşınınınkomponentidir. Ona

Ermənistan gələn xarici dövlət başçılarının II Qareginləgörüşməsi

protokulun tələbidir. Gürcüstan və Azərbaycanda isə belə deyil.

Göründüyükimi A.Merkel Ermənistanda olarkən xristian faktorunu mümkün

qədər gizlətdi,davranışında Azərbaycan və Türkiyə parametrini nəzərə

aldı.

ıı."Erməni soyqırımı" terminini işlətməməsi Türkiyə ilə əlaqəlidir.

ııı.A.Merkelçəkinmədən partiya yoldaşı A.Vayleri nümayəndə heyətindən

uzaqlaşdırdı.A.Vayler Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst

mövqedə idi. A.MerkelA.Vayleri nümayəndə heyətinin tərkibindən və

Almaniya-Cənubi Qafqaz qrupundanuzaqlaşdırmaqla bağlı qərarını məhz

Ermənistanda keçirdiyi mətbuat konfransındaelan etdi. A.Merkel Dağlıq

Qarabağ tənzimlənməsinin məsuliyyətini öz üzərinəgötürməyə hazır

olduğunun da Ermənistanda bəyan etdi. Konsensus mexanizminəgörə

Ermənistan yalnız ATƏT MQ-nin vasitəçiliyində maraqlıdır. İstənilən

dövlətinvasitəçiliyi və ya istənilən alternativ vasitəçilik

Ermənistanın maraqlarınaziddir. A.Merkel faktiki olaraq Almaniyanı

ATƏT MQ-yə alternativ vasitəçi kimitəqdim etdi. Dağlıq Qarabağ

tənzimlənməsindənümayiş etdirdiyi mövqedə isə Azərbaycan faktorunu tam

nəzərə almışdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31