“Avropa parlamentarilərinin separatçılarla görüşü münaqişənin həlli yoluna zərbədir” - RƏY

"Avropa Parlamentinin nümayəndələrinin Qarabağ separatçıları ilə görüşü Azərbaycanın maraqların zidd olmaqla yanaşı, beynəlxalq hüquq normalarının tapdalanması deməkdir".

Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Avropa Parlamentinin deputatları dünyaya meydana oxuyaraq demokratiyadan, insan hüquqlarından danışıb bəyanatlar versələr də, özləri bu normalara əməl etmirlər.

Onun sözlərinə görə, AP nümayəndələrinin separatçılarla görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda müxtəlif səylərə bir zərbədir: "Onların bu addımı Bu, həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq strukturların fəaliyyətinə ziyan vurmuş olur. Lakin bu mövqeni Avropa Parlamentinin bütün üzvlərinə şamil etmək olmaz. Çünki, Avropa Parlamentində kifayət qədər sağlam düşüncəli, Azərbaycanı maraqlarını dəstəkləyən deputatlar, siyasətçilər var".

F. Sadıqovun fikrincə, Avropa Parlamentinin bəzi nümayəndələrinin bu addımı atmasında məqsəd ölkəmizin qıcıqlandırılması da ola bilər: "Bildiyiniz kimi Azərbaycan müstəqil siyasət həyata keçir və bu da bəzi ölkələri qıcıqlandırır. Bu baxımdan Avropa Parlament nümayəndələrinin görüşünün arxasında məhz erməni dairələrinin fəaliyyətinin olduğuna şübhə etmirəm".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31