Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Azərbaycana səfər edəcək
31 Avqust 2018 13:08 SiyasətUkrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Maksim Sokolyuk sentyabrın ortalarında Azərbaycana işgüzar səfər edəcək.
Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində M.Sokolyuk Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. O, həmçinin sentyabrın 18-də Azərbaycanda yaşayan Ukrayna vətəndaşları ilə bir araya gəlmək niyyətindədir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31