Yaponiyanın xarici işlər naziri Azərbaycana gələcək

Yaponiyanın xarici işlər naziri Taro Kano sentyabrın 5-də Azərbaycana rəsmi səfər edəcək.

Bunu sualına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Səfər zamanı T.Kano Azərbaycan rəsmiləri, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31