“Əgər Azərbaycanın üzv olmasını istəyirlərsə…” - Rusiyanın KTMT oyunu

Azərbaycanın Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv, yaxud müşahidəçi statusunda qatılması, işğal edilmiş ərazilərimizin geri qaytarılması ilə nəticələnməyəcək.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, KTMT-yə üzv olmamışdan əvvəl Rusiyadan ərazilərin boşladılması istiqamətdə təminatlar alınmalı,bu məslələr ictimai müzakirəyə çıxarılmalı və qərar verilməlidir:

"Lakin Rusiyanın Ermənistanın yeni hakimiyyətinin mərkəzdənqaçma siyasətinə görə cəza tədbirlərinə başlayacağını istisna etmirəm.

Bunu Azərbaycanın əli ilə etmək istəyirsə, ilk növbədə Qarabağ münaqişəsinə münasibətdə neytral qalmalı, Azərbaycan öz ərazilərini geri qaytarmaq səylərinə mane olmamalıdır. Rusiya müdaxilə etməsə, Azərbaycan ən qısa vaxtda öz torpaqlarını geri qaytarmağa qadirdi. Lakin Rusiya yenə oyun oynamağa çalışır".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31