Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başlayıb
30 Avqust 2018 12:00 SiyasətGürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana rəsmi səfəri başlayıb.
Hökumət başçısı səfər çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf prespektivləri müzakirə olunacaq. Tərəflər həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da nəzərdən keçirəcəklər. Bildirilib ki, görüşlərdə iqtisadiyyat sahəsində əməkdaşlığın artan potensialına xüsusi diqqət ayırılacaq.
Qeyd edək ki, bu, M.Baxtadzenin Gürcüstanın baş naziri kimi Azərbaycana ilk səfəridir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31