Azərbaycanla Koreya arasında gömrük məsələlərində qarşılıqlı yardım haqqında saziş təsdiqlənib
29 Avqust 2018 18:23 SiyasətPrezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Koreya Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanla Azərbaycan Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, saziş bu il iyunun 29-da Brüssel şəhərində imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31