Prezident: “Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər”
29 Avqust 2018 13:58 SiyasətAzərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə daim inkişaf edir.
Bunu Prezient İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31