ATƏT PA-nın payız sessiyası Bişkekdə keçiriləcək

ATƏT Parlament Assambleyasının payız sessiyası Qırğıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək. Sessiyanın əsas mövzusu "Mərkəzi Asiya və onun hüdüdlarından kənarda təhlükəsizlik sferasında dialoqa dəstək" olacaq. Millli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın növbəti iclasında bir sıra məsələni qaldırmağı nəzərdə tutur: "Təhlükəsizlik məsələsi Azərbaycanın ən çox diqqət verdiyi məsələrdən biridir. Azərbaycana qarşı hərbi təcavüz bütövlükdə regionda təhlükəsizliyə qarşı böyük təhlükədir. Cənubi Qafqazda Ermənistan tərəfindən hərbi təcazvüzün davam etməsi faktı və bunun bütövlükdə region üçün əsas təhllükə olması sessiya iştirkaçılarının diqqətinə çatdırılması planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31