Cəsarət Hüseynzadə: “Angela Merkelin Azərbaycana səfərinin ölkəmiz üçün böyük əhəmiyyəti var”

"Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfərinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Cənubi Qafqaz ölkələrinə gerçəkləşən bu turnedə 3 ölkəyə də səfərin gerçəkləşməsi gözlənilən idi. Lakin digər ölkələrə səfərin əsas missiyası həmin ölkələrə dəstək göstərilməsi baxımdan daha çox diqqət çəkirdi. Azərbaycana səfər isə əlaqələrin inkişafı ilə yanaşı ikitərəfli və bərabərhüquqlu münasibətlər çərçivəsində daha qabarıq görsəndi. Bu fikirləri Kanslerin də xüsusi vurğulayaraq qeyd etdi ki, Almaniyanın regionda ən böyük və ən vacib ticarət tərəfdaşı Azərbaycandır". Bu fikirləri Olaylar.az -a QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

Cəsarət Hüseynzadə Cənubi Qafqaz ölkələrinin Almaniya ilə ümumi ticarətindəki dövriyyənin 70 faiz Azərbaycana aid olduğunu qeyd edir: "Səfər öncəsi bəzi qüvvələrin Kanslera müraciət etməsi, hətta bir qrup özünü mühacir adlandıran şəxslərin Almaniyada aksiya keçirməsi də bu səfərin əhəmiyyətinə kölgə salmadı. Kanslerin Bakıda bəzi müxalif yönümlü vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşünə gəldikdə, ABŞ və Almaniya kimi dövlətlərinin rəsmilərinin səfəri zamanı bu adi və qeyri rəsmi protokol qaydasına çevrilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31