Elmar Məmmədyarov Gürcüstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Xarici işlər naziri Elmar MəmmədyarovGürcüstanın Azərbaycan Respublikasına təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib.

Nazirlikdən verilən məlumata görə, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Zurab Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31