Qabil Hüseynli: “Paşinyan vahimə içindədir”

"Ermənistanda qarşıduram getdikcə artır".

Bunu politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, qarşıdurmanın başında duranlar Sarkisyanla Köçəryandır: "Demək olar ki, Sarkisyanın güclü partiyası var və parlamentdə çoxluğu qoruyub saxlayır. Köçəryan isə yeni partiya qurur və təşkilatlanır. Köçəryanın ətrafında müəyyən qruplaşmalar, aleqatların böyük bir hissəsi, hətta Dağlıq Qarabağ ermənilərinin də böyük əksəriyyəti var. Bu o qədər də kiçik bir güc deyil, Ermənistanın özündə də təşkilatlanma aparılsa böyük bir gücə çevrilə bilərlər. Məhz bu səbəbdən Paşinyan Merkelə görüşdükdən dərhal sonra böyük bir vahimə içində Dağlıq Qarabağa gəldi və orada ciddi görüşlər keçirməyə başlayıb. Məqsədinin guya orduda müəyyən işlərlə tanışıq olacağını bildirsə də əslində o qondarma respublikanın siyasi rəhbərliyi ilə məsləhətləşmələr aparıb. Onları Köçəryana və Sarkisyana qoşulmama barədə xəbərdarlıq edir. Yəni Dağlıq Qarabağla bağlı nigarançılıqlarını aradan qaldırmaq üçün orada müəyyən postlara öz adamının gətirməsini fikrini də nəzərdən keçirir. Bir sözlə, Dağlıq Qarabağın ona arxadan zərbə vurmaması üçün müəyyən siyasi layihələr üzərində fikirləşir. Amma onu demək mümkündür ki, bu saat Paşinyana qarşı müxalifətin əsas ruporu Köçəryandır. Köçəryan dayanmadan televiziyalara, radiolara, saytlara müsahibələr verir. Yəni Köçəryan Paşinyanı hər şeydə Amerikanın agenti olmaqda. günahlandırır. Bir sözlə ağlına nə gəlirsə onların hamısını uydurub deməklə məşğuldur. Bunlar isə erməni xalqını sözsüz ki, çaş-baş salır. Bütün bunlar Paşniyanın özünü də narahat edir. Bu narahatçılığının səbəbi də onu Dağlıq Qarabağa gətirib çıxarıb. Bir sözlə, üzü payıza doğru elan ediləcək parlament seçkilərinin gərgin olacağı göstərilir. Bu gərginlik hətta Ermənistanda ciddi qarşıdurmalara aparıb çıxaracaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31