"Angela Merkelin Cənubi Qafqaza səfəri Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradır"

"Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Bildiyimiz kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. İki Avropa ölkəsi arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Almaniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır".

Bu fikirləri Olaylar.az-a Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycanın sonuncu seçilməsi təsadüfi deyil

O bildirib ki, rəsmi Berlinin 12 yanvar 1992-ci il tarixli  qərarı dövlət müstəqilliyini yenicə bəyan etmiş Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyırdı: "Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yaranmışdır. Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycanın sonuncu seçilməsi də təsadüfi deyil. Regionda beynəlxalq və regional miqyasda iri layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır".

Azərbayanın iştirakı olmadan regionda heç bir layihə reallaşdırıla bilməz    

Sədr qeyd edib ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir: "Bu gün Azərbaycan regionda lider dövlətdir, onun iştirakı olmadan regionda heç bir layihə reallaşdırıla bilməz. Almaniya kanslerinin Azərbaycana səfəri də Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf mərhəsinə qədəm qoymasına imkan yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31