Prezident İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB-2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Nqo Duk Manh fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nqo Duk Manh etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycanla Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Əlaqələrimizin zəngin ənənələrə malik olduğunu bildirən Prezident İlham Əliyev hələ sovetlər dövründə Vyetnamdan xeyli sayda tələbənin Azərbaycanda təhsil aldığını və özünün Vyetnama uğurlu səfəri zamanı həmin insanlarla görüşməsini məmnunluqla xatırladıb. Dövləti başçısı siyasi sahədə, beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyərək iqtisadi, ticarət sahələrində də əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Səfir Nqo Duk Manh Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarını dövlət başçısına çatdırıb. O, vaxtilə Azərbaycanda təhsil aldığını məmnunluqla qeyd edərək Prezident İlham Əliyevin Vyetnama səfəri zamanı Azərbaycanın vyetnamlı məzunları ilə birlikdə dövlət başçısı ilə keçirdikləri görüşün onlarda dərin təəssürat hissi doğurduğunu deyib. Səfir Azərbaycanda özünü evindəki kimi hiss etdiyini deyərək Vyetnam Sosialist Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmasından şərəf hissi duyduğunu bildirib və qeyd edib ki, əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Vyetnam Prezidentinə çatdırmağı xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31