GUAM PA-nın 11-ci sessiyası keçiriləcək

"Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı - GUAM" Parlament Assambleyasının 11-ci sessiyasının keçirilmə tarixi məlum olub.

Sessiya sentyabrın 28-də Kişinyovda keçiriləcək.

Gürcüstan, Ukrayna, Azərbaycandan olan parlament nümayəndə heyətləri, həmçinin GUAM və Baltiya Assambleyasının nümayəndələri Moldovaya gələcəklər.

Müzakirələr GUAM-a üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri, regionda informasiya təhlükəsizliyinin təminatı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcək üç işçi qrupu çərçivəsində keçiriləcək.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31