"Sükut gözlənilmədən pozulacaq, müharibə..." - Abramyan
21 Avqust 2018 16:06 SiyasətDağlıq Qarabağ münaqişəsinin həll prosesində heç bir irəliləyiş yoxdur. Hazırkı vəziyyətdə irəliləyiş barədə danışmaq yanlışdır.
Bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndəsi Tiqran Abramyan deyib.
Abramyan danışıqların dayandırıldığını bildirib:
"Əgər danışıqlar aparılmırsa, hərbi əməliyyatların bərpası riski artır. Əgər bu səssizlik bir qədər davam edəcəksə, sükut gözlənilmədən pozulacaq. Budəfəki müharibə çox fərqli olacaq. Buna görə də, danışıqları bərpa edib, vəziyyətdən çıxış yolu axtarmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31