Novruz Məmmədov pakistanlı həmkarını təbrik etdi

Azərbaycanın baş naziri Novruz Məmmədov İmran Xanı Pakistanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Olaylar.az  xəbər verir ki, təbrik məktubunda Novruz Məmmədov yeni seçilən həmkarına gələcək fəaliyyətində və Pakistan xalqının rifahı üçün görəcəyi işlərdə uğurlar arzulayıb.

Baş nazir Azərbaycan və Pakistanın xalqları arasında sıx əlaqələrin olduğunu və bunun ikitərəfli strateji əlaqələr üçün möhkəm təməl rolu oynadığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31