Əli Əhmədov Türkiyəyə gedib
18 Avqust 2018 14:00 SiyasətHakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə gedib.
Olaylar.az xəbər verir ki, səfərdə məqsəd Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) VI qurultayında iştirak etməkdir.
Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.
Qeyd edək ki, bu gün Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının VI qurultayı keçirilir. AKP-nin sədri, prezident Rəcəb Tayyib Ərdoğandı. Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31