Torpaqların Azərbaycana qaytarılmasına qarşı erməni millətçilərinin mitinq çağırışları cavabsız qaldı - ŞƏRH

Mübariz Əhmədoğlu: "Ermənistan əhalisinin əksəriyyəti və Dağlıq Qarabağdakı ermənilərin böyük bir qrupu Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır"

Azərbaycanın uzaqgörən siyasəti və dipölomatik uğurları sayəsində bütün irihəcmli regional layihələrdən kənarda qalan işğalçı Ermənistan yenidən Rusiya və Gürcüsrtanın ümidinə qalıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə verilib açılış mərasimi keçirilən zaman Abxaziyadan keçən dəmir yolu xəttinin bərpa olunması və bu yolla Rusiya ilə dəmir yolu xəttinin bərpa edilməsi planı üstündə işləyən İrəvan təşəbbüsü dəstək görmədiyi təqdirdə alternativ varinatlar üzərində baş sındırmağa qalxdı və "Armenia sputnik"am. saytı Yuxarı Larsda erməni məhsullarının günlərlə blokadada qalmasını aradan qaldırmaq üçün Gürcüstan dəmir yolu vasitəsilə yüklərin Azərbaycan ərazisindən Rusiyaya daşınmasını mövzusunu gündəliyə gətirdi. Əlbəttə, o bu yadasalmanı özünəməxsus şəkildə etdi. Guya kimsə bu ideyanı ortalığa atıb,  Gürcüstanda və Ermənistanda isə bu yolla yüklərin daşınmanın əleyhinədirlər. Məsələ ilə bağlı fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Nikol Paşinyan hökumətindən əvvəlki Karen Karapetyan hökuməti də bir neçə dəfə Ermənistanın Azərbaycanın nəqliyyat kommunikasiyalarına, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını müzakirə etmişdi: "Mehri dəmir yolunun İran kontekstindən açılması da Ermənistan hökumətinin müzakirə etdiyi məsələlərdən biri idi. İndi Yuxarı Larsa alternative kimi ermənilərin Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolu daşımasını gündəliyə gətirməsi mövzunun müəyyən mənada inkişafı deməkdir. Əgər Yuxarı Larsda vəziyyət gərginləşəcəksə erməni ictimaiyyətində hətta Mehridəmir yolunun açılmasını tələb edənlər tapılacaq. Ən azı N.Paşinyan hökumətinin iqtisadi proqramında kənd təsərrüfatının inkişafı çox ambisiyalı qoyulub. Ermənistanın kənd təsərrüfatı məhsulları üçün ən böyük bazar Rusiya bazarıdır". Politoloq deyib ki, Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliklərini tanıyan dövlətlərin sayının artması fonunda Gürcüstanla Abxaziya arasında dəmir yolu əlaqələrinin bərpası qeyri-mümkündür: "Həm də indi Gürcüstan rəhbərliyinin də Ermənistana konseptualyanaşması tam dəyişib. B.İvanişvili Ermənistanı Gürcüstanın satellitinə çevirmək istəyir. Bununla da Gürcüstanın daha güclü dövlət olduğunu nümayiş etdirmək istəyir.Artan kənd təsərrüfatı yüklərinin daşınması Gürcüstandan kənar marşrutları Ermənistanüçün zəruri edir. Məsələnin daha aydın tarixinin mövcudluğunu Nikol Paşinyanın mitinqləri ortalığa qoydu. Möhlət hüququ uğrundamübarizə aparan tələbələr Nikol Paşinyanın mitinqlərinin əsas kütləsi idi. Hərbçilər, o cümlədən Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçanlar da mitinq iştirakçıları arasında heç də az saylı deyildi". Mərkəz rəhbəri hesab edir ki, əhalinin də böyük əksəriyyəti Nikol Paşinyanı məhz Dağlıq Qarabağ məsələsində sabiq prezident Serj Sərkisyandan fərqli mövqeyin daşıyıcısı olduğuna görə dəstəklədilər: "Mitinqlərinin Dağlıq Qarabağ məsələsindəkibu imperativliyini danması N.Paşinyana baha başa gələcək. Ən azı bu gün baş verənlərdə bunu sübut edir. Ermənistan Ümummilli Hərəkatının tanınmış fəallarından Zoya Tadevosyanın ətraf əraziləri Azərbaycana qaytarmaqla bağlı çağırışı ilk dəfə deyildi. Lakin bu dəfə onu belə çağırışainamlı edən sosial şəbəkələrin erməni seqmentində analoji çağırışların sayının hədsiz çox artması idi. Z. Tadevosyan baş nazir Nikol Paşinyanın aşkar hədəsi qarşısında dediyi fikirlərə görə üzristədi. Amma o S.Sərkisyanın dövründə də ən azı 2 dəfə belə çağırışlar etmişdi. Heç kəs Z.Tadevosyanı üzr istəməyə vadar edə bilmədi. "Respublika" Partiyasının rəhbərlərindən biri olan A.Aşotyan Ermənistandakı indiki vəziyyəti "bankada əqrəbləbir yerdə olmaq" kimi xarakterizə etdi. 37-ci ilin Ermənistana qayıtdığını iddia edənlərin sayı çoxalır. Z.Tadevosyanın çağırışındansonra Dağlıq Qarabağın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri A.Qaramyan torpaqların Azərbaycana qaytarılması ilə bağlı erməni seqmetindəki artançağırışlara qarşı mitinq keçirməyə çağırış etdi. Onun bu çağırışını Ermənistan parlamentinin keçmiş təhlükəsizlik komissiyasının sədri, Dağlıq Qarabağ separatçı rejiminin de-fakto baş nazirinin müavini işləmiş, iki silah zavodununsahibi və kifayət qədər maliyyə imkanlı, daşnak A.Aqabekyan da daxil olmaqlabir sıra qatı xəstə erməni millətçiləri də dəstəklədilər. 15 gündən çox vaxtkeçməsinə baxmayaraq hələ də Ermənistanda bu çağırış əsasında mitinqin keçirilməsi barədə məlumata rast gəlməmişik. Buna Ermənistanda bir qrup xəstə millətçinin ifşası kimi yanaşmaq olar. Amma hələ ki, N.Paşinyan əhalinin bu əhval-ruhiyyəsini də görmək istəmir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31